Nərimanov rayonunda həbsdə olan şəxs ölüb. Bu haqda bu gün, 22 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Narkotiklərlə bağlı cinayətlərə görə 3 aylıq həbs qətimkan tədbiri seçilən 36 yaşlı Azər Ağalarovun halı qəfil pisləşib. Tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
O, əvvəllər qəsdən sağlamlığa ağır zərər vurma cinayətinə görə məhkum olunmuş, bir müddət əvvəl azadlığa çıxmışdı. Onun narkotik aludəçisi olduğu bildirilir.