Nərimanov rayonunda motosiklet qəzaya düşüb. Bu haqda bu gün, 24 sentyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Hadisə rayonun Ziya Bünyadov prospektində baş verib. Motosiklet və avtomobilin toqquşması nəticəsində 39 yaşlı Əşrəf Muhiyev və 17 yaşlı Elşən Məmmədli xəsarət alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.