Nərimanov rayonunda motosiklet və avtomobil toqquşub. Bu haqda bu gün, 28 may tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində baş vermiş toqquşma nəticəsində avtomobildə olan 30 yaşlı Ayşən Həziyeva xəsarət alıb. O, yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.