Bakının Nərimanov rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 18 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə “Gənclik” metro stansiyasının yaxınlığında qeydə alınıb. 21 yaşlı Muhamməd Yaqubov motosikletlə hərəkətdə olan zaman onu avtomobil vurub. Hadisə baş verdikdən sonra avtomobilin sürücüsü qəza yerindən yayınıb.
Yaralı komatoz vəziyyətində Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.