Nərimanov rayonunda yerləşən hoteldə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 19 fevral tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Alışma Ağa Nemətulla küçəsində yerləşən “Mont İnn Hotel”in 3-cü mərtəbəsində yerləşən restoranda baş verib. Daha sonra alov 312 nömrəli otağa keçib. Nəticədə 42 kv.m ərazi yanıb, 2 işçi xilas edilib, daha 25 nəfər təxliyə edilərək təhlükəsiz əraziyə köçürülüb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.