Bakının Nərimanov rayonunda metal oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 10 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis Şöbəsinə verilən məlumata əsasən, yanvarın 6-da rayon ərazisində metal qəbulu məntəqələrindən birinin həyətindən 1500 manat dəyərində mis və alüminium oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini O.İbrahimzadə saxlanılıb.
Hazırda faktla bağlı araşdırmalar aparılır.