Bakının Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. Bu haqda bu gün, 26 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, fevralın 24-də mağazaların birindən 1100 manat pul oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən qadın saxlanılıb. Onun əvvəllər də oğurluğa görə məhkum olunduğu məlum olub.
Faktla bağlı araşdırma aparılır.