Bakının Nərimanov rayonunda oğurluqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu haqda bu gün, 15 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis şöbəsinə verilən məlumata əsasən, ərazidə yerləşən mağazaların birindən 80.000 manat dəyərində inşaat materialları oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Göyçay rayon sakini Nazir Cavadov və Ağdaş rayon sakini Mehman Məcidov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.