Nərimanov rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 8 yanvar tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Adıçəkilən rayon ərazisində bir nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə cəlb olunan əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.