Nərimanov rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 6 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
1 nəfərin bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin cansız bədənini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib.