Nərimanov rayonunda 2 avtomobil toqquşub. Bu haqda bu gün, 27 dekabr tarixində Bakuplus.az Unikal.az-a istinadən xəbər verir.
Hadisə Rəssamlıq Akademiyasının yaxınlığında baş verib. “Toyota Camry” və “Kia” markalı avtomobillər yol kəsişməsinə daxil olan zaman toqquşub. Nəticədə sonuncunun sürücüsü xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.