Nərimanov rayonunda kişi təmir işləri aparan zaman ölüb. Bu haqda bu gün, 30 yanvar tarixində Bakuplus.az Baş Prokurorluğa istinadən xəbər verir.
36 yaşlı Bəhram Bayramov rayon ərazisində yerləşən şadlıq sarayında təmir işləri aparan zaman hündürlükdən yıxılıb. O, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.