Bakının Nərimanov rayonunda karton sexində yanğın olub. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 60 kv.m olan talvarın altındakı dəzgahın içərisində 5 kv.m sahədə preslənmiş karton yanıb.
Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Dəzgah və talvar yanğından mühafizə olunub. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.