Nərimanov rayonunda kafedən oğurluq edilib. Bu haqda bu gün, 23 aprel tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rəşid Məlikov adıçəkilən rayon ərazisində yerləşən kafelərin birindən 5400 AZN pul oğurlamaqda şübhəli bilinir. O, polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.