Nərimanov rayonunda kişi keçmiş arvadını bıçaqlayıb. Bu haqda bu gün, 14 fevral tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Hadisə rayonun S.Ələsgərov küçəsində baş verib. 39 yaşlı Rövşən Quliyev aralarında yaranan mübahisə nəticəsində Sevinc İbrahimovanı kəsici alətlə qətlə yetirib.
Şübhəli şəxs saxlanılıb. Onun barəsində cinayət işi açılıb. Araşdırmalar davam edir.