Nərimanov rayonunda küçədə kişi meyiti tapılıb. Bu haqda bu gün, 21 noyabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Ş.Əzizbəyov küçəsində qeydə alınıb. 49 yaşlı Elşən Hüseynovun cansız bədəni küçədə tapılıb. Onun bədənində hər hansı xəsarət aşkar edilməyib.
Faktla bağlı araşdırmalar aparılır.