Bakının Nərimanov rayonunda yerləşən inşaat mağazalarının birindən materiallar oğurlamaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 15 yanvar tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Polisə daxil olan məlumata görə, mağazadan oğurlanan materialların dəyəri 2500 manatdan çoxdur.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ariz İsmayılov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.