Bakının Nərimanov rayonunda yanğın baş verib. Bu haqda bu gün, 24 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
Ümumi sahəsi 200 kv.m olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 54 kv.m sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.