Paytaxtın Nərimanov rayonu ərazisində ayrı-ayrı vaxtlarda marketlərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 22 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
2 marketdən ümumilikdə 370 manat dəyərində məhsul oğurlanıb. Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Tofiq Cəfərov və Anar Məmmədov saxlanılıblar. Fakt araşdırılır.