Bakının Nərimanov rayonunun F.X.Xoyski küçəsində yol qəzası baş verib. Bu haqda bu gün, 1 dekabr tarixində Bakuplus.az xəbər verir.
Hadisə “Nərimanov” metro stansiyasının yaxınlığında qeydə alınıb. “Kia” markalı avtomobil “Toyota Prius” makralı nəqliyyat vasitəsi ilə toqquşub.
Hər iki avtomobilə maddi ziyan dəyib. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.