Nərimanov rayonunda fəhlə iş başında xəsarət alıb. Bu haqda bu gün, 15 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Zahid Cabbarov "Azfence" MMC-yə məxsus sahədə yük maşınına dəmir parçaları yüklədiyi zaman yıxılıb. Bu zaman onun başına dəmir dəyib. Nəticədə fəhlə ağır vəziyyətdə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.