Bakının Nərimanov rayonunda yerləşən "Ammar Grand" hotelində yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 3 avqust tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Əhməd Rəcəbli küçəsində qeydə alınıb. Alışmanın hotelin mətbəxində mətbəx avadanlığından başladığı bildirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.
[caption id="attachment_145569" align="alignnone" width="640"] Foto APA.az[/caption]