Bakı şəhəri, Nərimanov rayonu, Faiq Yusifov küçəsində yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 9 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri və xilasediciləri cəlb olunublar. Binadan 24-ü uşaq olmaqla 60 nəfər bina sakini təxliyə olunub. Xəsarət alan olmayıb.
Yanğın qısa müddət ərzində söndürülüb. Alışma nəticəsində onsəkkizmərtəbəli binanın şaxtası boyunca 57 p.m elektrik kabeli, 18 ədəd elektrik sayğacı, 18 ədəd elektrik açarı və mərtəbələrdə şaxtaların plastikdən ibarət qapıları yanıb. Mənzillər yanğından mühafizə olunub.