Bakının Nərimanov rayonu, Aşıq Alı küçəsində dördotaqlı mənzil yanıb. Bu haqda bu gün, 6 iyul tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən məlumat verir.
Alışma onikimərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində baş verib. Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğının genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsinə imkan verilmədən alov qısa müddətdə söndürülüb.
Dördotaqlı mənzilin bir otağı qismən yanıb. Xəsarət alan olmayıb.