Bakının Nərimanov rayonu, Böyükşor gölü ərazisində narkotik aşkarlanıb. Bu haqda bu gün, 19 avqust tarixində Bakuplus.az Penitensiar Xidmətin rəsmi saytına istinadən məlumat verir.
Həbsdə olan Əşrəfağa Əlizadə hazırda Bakı İstintaq təcridxanasında saxlanılır. Onun daha öncə narkotik gizlətdiyi məlum olaraq əməliyyat keçirilib. Nəticədə Böyükşor gölü ərazisində 918 qram tiryək aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.