Bakının Nərimanov rayonunda yerləşən geyim mağazalarının birində olan seyfdən pul oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 11 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Nərimanov RPİ-nin 16-cı PŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mağazanın seyfindən 2072 manat oğurlayan paytaxt sakini Şahniyar Hüseynov saxlanılıb. Oğurluq hadisəsi mağazadakı kameralar vasitəsilə qeydə alınıb.
Hüseynovun Bakı şəhərinin müxtəlif ərazilərində analoji cinayətlər törətmələri ehtimal edilir. Onun qanunsuz əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polis orqanlarına müraciət edə bilərlər.