Nərimanov rayonunda narkotik alverinə qarşı əməliyyatlar keçirilib. Bu haqda bu gün, 27 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Cari ayın əvvəllərindən keçirilən əməliyyatlar zamanı 21 nəfər saxlanılıb, ümumilikdə 10 kiloqram müxtəlif növ narkotik dövriyyədən çıxarılıb. Saxlanılanlar barəsində cinayət işi açılıb.
Bundan əlavə, keçirilən digər tədbirlər zamanı üzərində qanunsuz olaraq odlu silah gəzdirən əvvəllər məhkum olunmuş Elbrus Hümbətovdan 1 ədəd “Kalaşnikov” avtomatı, 7 ədəd patron və 1 ədəd daraq aşkarlanıb. Talama cinayətləri törətdiyinə görə 5, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 15 nəfər tutulublar.
Həmçinin soyuq silah satışı ilə məşğul olan 2 nəfər saxlanılıb, onlardan 62 ədəd kəsici-deşici alət götürülüb.