Bakının Nərimanov rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 4 oktyabr tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
18 yaşlı Ləman Məhərrəmova yolu keçən zaman onu avtomobil vurub. Zərərçəkən təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hazırda araşdırma aparılır.