Nərimanov rayonunda avtobus adam vurub. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə “Koroğlu” stansiyasının yaxınlığında baş verib. 20 yaşlı Taleh Əliyev avtomobil yolunu keçən zaman onu sərnişin avtobusu vurub. Nəticədə piyada ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.