Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində güclü külək nəticəsində minik avtomobilinə ziyan dəyib. Bu haqda bu gün, 28 noyabr tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən məlumat verir.
İrigövdəli ağac ərazidə park edilmiş avtomobilin üzərinə düşüb. Avtomobilə maddi ziyan dəyib. Hadisə zamanı xəsarət alan olmayıb.
Əraziyə cəlb olunan kommunal xidmətlərin əməkdaşları hadisənin nəticələrini aradan qaldırıblar.