Bakının Nərimanov rayonu, Təbriz küçəsində avtomobilə ziyan dəyib. Bu haqda bu gün, 12 oktyabr tarixində Bakuplus.az APA TV-yə istinadən məlumat verir.
Güclü küləyin təsirindən irigövdəli ağac küçədə parklanmış avtomobilin üzərinə aşıb. Nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.
Hadisə yerinə müvafiq kommunal qurumlar cəlb olunub, ağac kəsilərək küçədən çıxarılıb.