Nərimanov rayonunda velosiped oğurluğu qeydə alınıb. Bu haqda bu gün, 21 dekabr tarixində Bakuplus.az Daxili işlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini, 21 yaşlı F.Hüseynov rayon ərazisində yerləşən evlərin girişindən müxtəlif vaxtlarda ümumi dəyəri 2900 AZN olan 4 ədəd velosipedi oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.