Bakının Nərimanov rayonunda mənzildən meyit aşkar olunub. Bu haqda bu gün, 30 iyulda Bakuplus.az Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən məlumat verir.
Hadisə ilə bağlı vətəndaşlar FHN-in qaynar xəttinə müraciət ediblər.
Əraziyə gələn xilasedicilər mənzilə girib, orada 1 nəfərin meyitini aşkar ediblər. Cəsəd morqa təhvil verilib.