Nərimanov rayonunda yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 20 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma tikilinin 2-ci mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 78 kv.m olan 3 otaqlı mənzilin bir otağında ev əşyaları qismən yanıb.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.