Nərimanov rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 25 aprel tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə rayonun Həsən Əliyev küçəsində baş verib. 70 yaşlı Şəfəq Bağırova yaşadığı evdə ölü vəziyyətdə tapılıb. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.