Nərimanov rayonunda evdən oğurluq edilib.
Daxili İşlər Nazirliyi xəbər verir ki, hadisə F.Yusifov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Ö.Abdullayev və 2 yetkinlik yaşına çatmayan şəxs evdən ümumilikdə 3120 AZN qiyməti olan 39 ədəd elektrik çaydanı oğurlamaqda şübhəli bilinərək saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.