Bakının Nərimanov rayonunda mənzildə meyit tapılıb. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
FHN-in qaynar xəttinə bir nəfərin qapı arxasında qalması ilə bağlı müraciət daxil olub. Əraziyə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə meyit tapıblar.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.