Nərimanov rayonunda narkokuryer tutulub. Bu haqda bu gün, 14 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Keçirilən əməliyyat zamanı narkotik vasitələrin daşınması və satışını həyata keçirən, əvvəllər müxtəlif cinayətlər etdiyi üçün məhkum olunmuş Hüseyn Soltanov saxlanılıb. Ondan 1 kiloqram heroin götürülüb.
O, narkotikləri onlayn yolla tanımadığı İran vətəndaşından aldığını etiraf edib.
Bundan əlavə, keçirilən son əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 25 nəfər tutulub, ümumilikdə 5 kiloqram narkotik dövriyyədən çıxarılıb.