Bakının Nərimanov rayonunda hərbi sursat aşkar edilib. Bu haqda bu gün, 29 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Daxil olan məlumat əsasında cəlb olunan FHN əməkdaşları əraziyə baxış keçiriblər. Nəticədə döyüş tətbiqinə yararlı 3 ədəd F-1 əl qumbarası və 3 ədəd UZRQM partladıcısı aşkarlanıb.
Sursat ərazidən uzaqlaşdırılıb və sahəyə yenidən baxış keçirilib.