Bakının Nərimanov rayonunda yerləşən yaşayış binasında yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 22 dekabr tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.
Alışma dördmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində qeydə alınıb. Ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzilin yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Nəticədə yüksək temperaturdan mətbəxin, hamam otağının lambirdən ibarət tavanı 9 kv.m sahədə, eləcə də televizor qarsalanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Əraziyə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb. Xəsarət alan olmayıb.