Bakının Nərimanov rayonunda dönərxanada monitorinq keçirilib. Bu haqda bu gün, 23 may tarixində Bakuplus.az Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir.
A.Nemətulla küçəsi, 13M ünvanında yerləşən “Cənub dönər evi”ndə yoxlama aparılıb. Müəssisədə temperatur rejiminə əməl olunmadığı, emal prosesində istifadə edilən qidaların yuyulması üçün yuma çanağının təşkil edilmədiyi, havalandırma sisteminın quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.
Adıçəkilən müəssisənin rəhbəri məsuliyyətə cəlb olunub, obyektin fəaliyyəti dayandırılıb.
[caption id="attachment_138964" align="alignnone" width="640"] Foto AFSA[/caption]