Bakının Nərimanov rayonunda baş vermiş oğurluqda şübhəli bilinən kişi tutulub. Bu haqda bu gün, 19 iyun tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
İyunun 10-da rayon ərazisində paytaxt sakininə məxsus pulqabıdan 100 manat, 600 ABŞ dolları və 320 avro oğurlanıb. Keçirilən tədbirlər nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.