Nərimanov rayonunda tikinti şirkətindən oğurluq edilib. Bu haqda bu gün, 2 noyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini N.Bayramov, E.Neymətov, əvvəllər soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuşlar – E.Nəcəfov və S.Məmmədov cari ilin iyul-oktyabr ayları arası tikinti şirkətindən ümumilikdə 20.000 AZN dəyərində armatur oğurlamaqda şübhəli bilinərək saxlanılıblar.
Onlar barəsində araşdırma aparılır.