Nərimanov rayonunda evdən oğurluq edən şəxs tutulub. Bu haqda bu gün, 17 avqust tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Bakı şəhər sakini Fəridə Miriyeva rayon ərazisində yerləşən evlərin birindən 6500 AZN, 15.000 ABŞ dolları pul və 3700 AZN dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.