Bakının Nərimanov rayonunda binadan beton hissələr qoparaq yolun ortasına düşüb. Bu haqda bu gün, 11 may tarixində Bakuplus.az Baku.ws-ə istinadən xəbər verir.
Nazim Hacıyev, 34 ünvanında yeni tikilib istifadəyə verilən binadan qopan ağır beton parçaları yolun ortasına düşüb. Qəlpələrin düşdüyü ərazidə hərəkət intensivliyi yüksəkdir. Xəsarət alan olmasa da, sakinlər mövcud vəziyyətdən narahatdırlar.
Beton hissələr təmizlənərək götürülüb.
Görüntüləri təqdim edirik: