Nərimanov rayonunda avtomobil oğurlanıb. Bu haqda bu gün, 2 dekabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.
Rayon ərazisində yerləşən avtoyuma məntəqəsində işləyən Bakı şəhər sakini M.Məmmədquliyev məntəqədə dayanan “Hyundai” markalı avtomobili qaçırmaqda şübhəli bilinərək saxlanılıb.
Onun barəsində araşdırmalar davam edir.