Nərimanov rayonunda piyada 2 avtomobilin arasında qalıb. Bu haqda bu gün, 3 yanvar tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Hadisə Heydər Əliyev prospektində baş verib. 32 yaşlı Xəyyam Məmmədov prospekti keçən zaman “Toyota Prius” markalı avtomobil onu vuraraq, eyni istiqamətdə hərəkət edən digər “Toyota”ya sıxışdırıb. Nəticədə X.Məmmədovun hər 2 ayağı amputasiya edilib.
Faktla bağlı araşdırma aparılır.