Bakının Nərimanov rayonunda dayanan avtomobildən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Bu haqda bu gün, 13 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Polis bölməsinə verilən məlumata görə, oktyabrın 11-də rayon ərazisində dayanan “VAZ-2102” markalı avtomobildən içərisində pul, bank kartları və sənəd olan pulqabı oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş Ə.Məmmədov saxlanılıb. Onun, həmçinin borc üstündə axtarışda olduğu da məlum olub.
Araşdırmalar davam edir.