Bakının Nərimanov rayonu, S.Rəhman küçəsində avtomobildən pul oğurlanıb. Bu haqda bu gün, 18 oktyabr tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir.
Verilən məlumata görə, oktyabrın 8-də “BMW” markalı avtomobildən 105 manat və 1100 ABŞ dolları məbləğində pul oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini E.Məmmədov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.