Bakının Nərimanov rayonu, Vaqif prospektində yol qəzası baş verib. Bu haqda bu gün, 13 dekabr tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
“VAZ-2121” markalı avtomobillə “SAİPA” markalı nəqliyyat vasitələrindən biri ötmə manevri etmək üçün qarşı zolağa çıxaraq yüksək sürətlə digər avtomobillə toqquşub. Nəticədə hər iki sürücü ağır xəsarət alıb.
“SAİPA”-nın sürücüsünün salonda sıxılaraq qalması səbəbindən əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Yaralı maşından çıxarılaraq xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.